Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir

Qarabağda atəşkəs rejiminə nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirən Rusiya sülhməramlılarının müşahidə məntəqələri istehkam blokpostları ilə təchiz ediləcək. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə