Sülhməramlıların növbəti karvanı Rusiya-Azərbaycan sərhədindən keçərək Xankəndiyə gəlib

Rusiya sülhməramlılarının növbəti karvanı Rusiya-Azərbaycan sərhədindən keçərək Xankəndiyə gəlib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-də sülhməramlılardan ibarət şəxsi heyət, avtomobil və xüsusi nəqliyyat vasitələri, habelə digər maddi-texniki təchizat vasitələri Rusiyadan qatarla Azərbaycana yola salınıb. Sözügedən hərbi təchizat vasitələri və yüklər noyabrın 29-da Bərdə dəmir yolu stansiyasına çatıb. Daha sonra Azərbaycan hərbi polisinin müşayiəti ilə Xankəndiyə gətirilib.

Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirilib ki, hazırda bütün təmas xətti boyunca atəşkəs müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə