Nikolun “xaç atası” kimdir: Putin, yoxsa Soros?

Ermənistan heç zaman heç kəs üçün indiki kimi “yağlı oyunçu” vəziyyətinə düşməmişdi. Həm də dünya gücləri üçün əlçatmaz stukaçı ölkə kimi möhkəm “dəyərə” minib. O, bundan sonra kimin “kəbinli qarısı” olacaq, bax düşmən ölkəni bu siyasi sancı bürüyüb. Həmişə sadəcə siyasi stukaçı idi deyənə, bugünkü ortam düşmən ölkəyə qəribə dünya kimi görünür. Həm də on illərdir bu xalqın qulağına oxudulan yalançı “məğlubedilməz” nağılı elə biyabırçılıqla bitdi ki, indi ermənilər Yerevan küçələrində sadəcə bir-birlərinə baxışaraq “niyə belə oldu” deyə baş yelləyib keçirlər.

Düşmən ölkədə kimin əli kimin cibindədir, kim hara “işləyir” bu məlum deyil. Əslində bölgədə tarix boyu “stukaçı” ləqəbi ilə məşhurlaşan ermənilər, hər zaman maraqlı qüvvələr üçün əvəzsiz “əppək” olublar. Səbəbi də çox, lap çox sadədir: Bölgədəki ən yaxın qonşularına qarşı ən ağlasığmaz xainlik və şərəfsizlik etmək işinə gözünü qırpmadan “hə” deyən ikinci belə bir ölkə Qafqazda yoxdur. Dünya gücləri də əla bilirlər ki, Ermənistanın ipi kimin əlindədirsə, deməli regionda istənilən ölkəyə qarşı hürdürəcək köpəyə sahibdir. Bu bir təhqir cümləsi deyil, bu tarixi faktdır. Vəssalam.

İndi Ermənistanda nələr baş verir, məğlub Nikol Paşinyan və onun höküməti gerçəkdənmi başını itirmiş erməni cəmiyyəti tərəfindən küncə sıxışdırılıb, yoxsa bu N.Paşinyanın növbəti siyasi komediyasıdır?.

Əslində bu gün Yerevan küçələrində əməlli-başlı siyasi komediyalar səhnələşdirilir. Keçmiş Qarabağ klanı yenidən hakimiyyət ipini əlinə almaq, N.Paşinyan onların başını əzib hakimiyyətini qorumaq, üstəlik müxalifətdəki bir sıra qüvvələr də bunların heç birinə aman vermədən məqsədlərinə çatmaq üçün çarpışırlar. Sözün əsl mənasında Ermənistanda “it yiyəsini tanımır”.
İşə baxın: Baş Qərargah rəisi anidən N.Paşinyana rədd olub getməyi təklif edir, hakimiyyətdəkilər bunu hərbi çevriliş elan edib dünyanı haraya çağırır, Vladimir Putin “Sorosun uşağı” kimi təqdim olunan N.Paşinyanla birbaşa telefon əlaqəsi yaradır, amma ortada heç bir real çevriliş xəritəsi filan da görünmür. Üstəlik də ABŞ rəsmiləri də Ermənistanda “demokratiyanın müdafiəsinə” (????) çağırır. Bir-birini “vuran” proseslər Ermənistanı başına götürüb gedir.
Məni ən çox da ABŞ rəsmilərinin son bəyanatları təəcübləndirir. Abır-həyanın Ağ Ev-dən birdəfəlik yoxa çıxması mənasında acı təəcüb bürüyüb məni. Baxın, ABŞ-ın bəyanatı o qədər gülüncdür ki, buna dərindən “oxayyy” deyib gülməmək üçün gərək insani hisslərin olmasın. Sanki qara dərili amerikalı yazığı günün gündüz vaxtı dizlərinin altına salıb çığıra-çığıra öldürən, Trampın çağırışı ilə Konqresə dinc yürüş edən insanları elə Konqres binasındaca güllələyib qanına qəltan edən bu “demokratiya beşiyi” deyildi. “Adamda üz olar” deyəcəkdim, amma qərbdəkilərin üzü belə həyasızlıqlara çoxdan öyrəşib, elə buna görə də dünyadakıların qərbə olan etibarını da evdar xanımların sözü olmasın, “pol əskisinə” çeviriblər...

Amma görünən odur ki, Azərbaycanın dəmir yumruğu Ermənistana möhkəm yarayıb. Yarandığı ilk gündən dünya gücləri üçün ova aparılan tula rolunda çıxış edən Ermənistan siyasəti, Azərbaycan əsgərinin dəmir yumruğu ilə sanki möhkəm silkələnib. Diqqət edin 44 günlük müharibədən sonra bu düşmən ölkədə yerli ermənilərdən daha çox xarici qüvvələr erməni siyasətində əməlli başlı “qaynayırlar”!.

İndi Nikol Paşinyan üçün həyəcanlı zamandır, bu qaçılmazdır. Özü də hər mənada. İki versiya var Ermənistanda baş verənlərdə. Ya bu siyasi komediyanı paşikin özü qurub narazı ermənilərin qəzəbli havasını bu şəkildə “boşaldır”, ya da narazı ermənilər həqiqətən də nikolcanın yekə qulaqlarına Yerevan mismarı keçirməkdə qərarlıdırlar. Hər iki halda paşikin halı pisdir. Nikolcan hər iki ssenaridən diri çıxmaq üçün çarpışır. Bəs bu N.Paşinyan kimin adamıdır, kim onu qoruyur, kim onu cəhənnəmə göndərmək üçün əlləşir?.
Cəmi bir neçə il bundan qabaq kütlənin sevimli siyasi şoumeni kimi Serj Sarkisyanı bel çantası ilə devirən N.Paşinyanı Sorosun “uşağı” hesab etmək reallıqdan çox çox uzaqdır. Tarix boyu Moskvanın dəyişməz tulası olan bir ölkədə Sorosun meydan sulaması ağlabatan məsələ deyil. Dünyanı lərzəyə gətirən Vladimir Putinin regiondakı əsas “qışqırtıcı köpəyi” olan Ermənistanı qərbdəkilərə uduzması ağıldan çox uzaq məsələdir. V.Putin heç vaxt Ermənistanı Sorosa uduzmaz, bu şübhəsiz belədir. Kremldə heç vaxt buna “dobro” verməzlər. Hə, deyəcəksiniz Ukrayna və Gürcüstan bəs?. Yadda saxlayın, Ermənistan Ukrayna və Gürcüstan deyil, qətiyyən müqayisə belə etməyin. Ermənistanın Moskva üçün yüz illərdir gördüyü “işi” Ukrayna və Gürcüstan heç vaxt görə bilməzlər. Moskva Qafqazdakı müti nökərini heç kimə dəyişməz.

Hələ nəzərə alsaq ki, Rusiya ordusu daima Ermənistanı qoruyur, hərbi bazaları Gümrüdədir, rus əsgərləri də haykanuşların “dadına” baxa baxa hər il bir erməni ailəsini güllələyib o dünyaya yollayır. Sadəcə, son iki illik prosesə baxın: Sorosun “uşağı” olduğu deyilən N.Paşinyan dəqiq xətlə V.Putinin “əlinə işləyir”. Bunu görməmək üçün sadəcə siyasi korafəhim olmaq yetərlidir. Niyə V.Putin ən yxın dostu Robert Köçəryana, sadiq nökəri Serj Sarkisyana deyil, siyasi şoumen N.Paşinyana “stavka” etdi?. Güya bir neçə il əvvəl Yerevandakı kütlə şousunu Moskvadan icazəsiz hansısa Soros reallaşdıra bilərdimi?. N.Paşinyan V.Putinin maraqları üçün hazırlanan siyasi layihədir, vəssalam. Zaman hər şeyi ayna kimi göstərəcək. Yetər o aynaya diqqətli baxasan...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...