Heydər Əliyev siyasi fəlsəfəsi: İnkişafın milli əsasları və Dövlətçiliyin ideoloji-hüquqi Konsepsiyası

Heydər Əliyev  siyasi fəlsəfəsi: İnkişafın milli əsasları və Dövlətçiliyin  ideoloji-hüquqi Konsepsiyası

XX əsr 70-ci illərindən Azərbaycan dövlətçilik İnstitutunu formalaşdıran görkəmli Dövlət Xadimi, ulu öndər Heydər Əliyevdir. Bu fenomen şəxsiyyətin həyatı, fəaliyyəti bütövlükdə Azərbaycan dövlətinin ikinci minillik dövrünün tam yarıməsri ilə bir yazılan tarixdir. Bu Tarix iki mərhələ: sovet və postsovet dövründən ibarətdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin çoxşaxəli, siyasi, ideoloji fəaliyyəti böyük bir dövrü əhatə edir. 1) Sovet dövrü (1969-1986), 2) keçid prosesləri (1987-1990), 3) dövlət müstəqilliyinin ilkin mərhələsi (1991-1993), 4) müstəqillik vaxtı (1993-2003).

Hər bir Tarixləşən Liderə Zaman və Məkan kontekstindən yanaşdıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmadan baxılır. Olur ki, Şəxsiyyət özü Tarix Yazır, Zamandan da Uca olur, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edərək, gələcək üçün belə vətəninin inkişaf yolunu göstərir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın Milli İnkişaf Konsepsiyasını tərtib edən, Tarixi özü Yazan Liderdir. Bu real gerçəklikgünümüzün siyasi fəlsəfəsidir.

1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də politolojianlamda desək, “vertikal”“horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni, hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Toflerin milli dövlətlərin tədricən transmilli korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyib itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə böyük Dövlət İnsanı, dövlət strateqi Heydər Əliyev ölkənin dağılmasının qarşısını aldı. Və 15 iyun Azərbaycanın Qurtuluş günü kimi tarixləşdi.“Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən ulu öndər gerçək anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas edib qurtardı.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev 1993-cü ildən etibarən ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycan siyasi tarixində xalqı səfərbər edərək öz arxasınca aparan Lider, xilaskar ölkə Başçısıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm olundu. Ulu öndər çətin xarici-siyasi şəraitdə, yenilənən dünya düzəninin tələbləri və geosiyası gerçəklikləri mənzərəsində Müstəqil Azərbaycan dövlətçilik institutunun Milli İnkişaf strategiyasını qanuniləşdirdi və elmi-siyasi-hüquqi kontekstdə istiqamətləndirdi.

Müstəqil Azərbaycanda qarşıda duran vəzifələr:

- ölkənin demokratikləşdirilməsi; vətəndaş cəmiyyətinin yaradılması;

- hüquqi dövlət əsaslarının qurulması;

- bazar iqtisadiyyatına keçidin nizamlanması;

- ictimai-siyasi sabitlik və mədəni-mənəvi mühitin bərpası;

- Xarici geosiyasi təhlükəsizliyin milli maraqlarla tənzimlənməsi;

- idarəetmə və hakimiyyətin milliqanunvericilik bazası mexanizminin yaradılması.

Böyük təcrübəyə və fenomen idarəetmə Ustadlığına malik Ulu Öndər az müddətdə ölkədə əsaslı dəyişikliklərə başladı. Bu isə bir neçə mərhələdə aparıldı. İlk öncə: siyasi-ictimai sabitlikvə ikincisi də dövlət quruculuğu prosesinə istiqamət götürüldü.

Həm Sovet Azərbaycanında, həm də müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında ulu öndər Heydər Əliyevin imzası, xətti olmasın».

XX əsrin 93-cü illərindən ölkədə strateji prioritetlər müəyyənləşdirildi. Bu mənada:

- İdarəetmə, hakimiyyət strukturlarınındemokratik, milli qanunvericilik əsaslarınıntənzimlənərək, məhkəmə və parlamentin yenidən formalaşdırılması;

- vətəndaş cəmiyyətinə keçid;

- çoxpartiyalı siyasi sistem;

- Mədəni-mənəvi mühitin milli irsə söykənərək qorunması;

- Bu əsasda iqtisadi islahatlar da sonrakı mərhələni təşkil edir.

Böyük Strateq dövlətçiliyin milli əsaslarının təminatını qurdu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, həyat tərzinin hifz edilməsi, inkişafi onların hüquqlarını qoruyan qanunlarla tənzimləndi. Bu zəmində isə Milli ideya, milli ideologiya azərbaycançılıq fəlsəfəsi ətrafında ölkə vətəndaşları sıx birləşdi. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını milli ideyadan milli baxışlar sisteminə çevirdi.

Ulu Öndər Heydər Əliyev Dövlət başçısı olduğu müddətdə II Dünya müharibəsinin qələbə ilə bitdiyi günü - 9 mayın bayram günü olmasını bərpa etdi. Eləcə də 20 Yanvar Ümumxalq Hüzn günü, 31 mart azərbaycanlıların soyqırımı günü, 28 may Respublika günü, 26 may Ordu günü kimi qeyd edilməsini təsdiqlədi. Daim milli dəyərlərə, mənəvi adət ənənələrə hörmət qoyan, həmçinin müsəlmanların müqəddəs Ramazan, Qurbanbayramları və s. təqvimdə bayram günü olmasını da reallaşdırdı.

Bu islahatlar mili dirçəliş, milli oyanış, milli özünüdərk fəlsəfəsinin azərbaycançılıq ideologiyası mətnində vəhdəti idi. Azərbaycan ərazisində bütün vətəndaşlara bu ölkədə yaşamaq üçün münbit zəmin yaratdı. Ulu Öndərin siyasi və dövləti fəaliyyət strategiyası çoxmillətli ölkənin xalqlarının milli dövlətçilik haqda istəklərini gerçəkləşdirdi. Belə ki, Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan xalqların Milli Dirçəliş Fəlsəfi Konsepsiyası zəruriləşdi:

- Dövlətiyaratma strateji Siyasi fəlsəfəsi;

- Milli Dövlətçilik İnstitutunun Siyasi Arxitekturası;

- Siyasi - Hüquqi İdarəçilik Nəzəriyyəsi;

- Dünyaya inteqrasiya istiqamətlərinin beynəlxalq əlaqələr xətti müəyyənləşdi.

-Ölkənin Ali Qanunverciliyini - Müstəqil Respublikanın Kostitusiyasını təsbit etdi.

- 1994-cü il 20 sentyabrda müstəqil Azərbaycanın ilk neft müqaviləsi - “Əsrin kontraktını” imzalandı. Və nəinki ölkədə, regionda, hətta beynəlxalq enerji strategiyasında “Yeni neft siyasəti” Yolu başladı. Qeyd edək ki, Xəzər hövzəsi dövlətlərarası münasibətlərdə maraqların toqquşduğu yerdir və o zaman Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan Prezident İlham Əliyev də enerji layihələri ilə bağlı aparılan mübahisəli müzakirələrdə iştirak edirdi. Burada əsas vacib məsələ Azərbaycanın milli mənafeyindən irəli gələn, milli və dövlətçilik baxımından bu saziş imzalanarkən, öz milli maraqlarını qoruyub saxlamaq idi. Gənc və çevik, diplomatik bacarıqlı Prezident İlham Əliyevin isə beynəlxalq münasibətlər üzrə mütəxəssisliyi problemə bələd olması, bu əhəmiyyətli müqavilənin müvəffəqiyyətlə başa çatmasına dəstək oldu.

-Demokratik yeni dövlətçilik konsepsiyası, müstəqil respublikanın daxili və xarici siyasəti, yeni Konstitutsiya, Milli quruculuq yolunun siyasi fəlsəfəsi sonrakı nəsillərə qalan milli irsdir.

-Müstəqil Azərbaycan dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa inteqrasiya yolunda olan demokratikləşməni həyata keçirən inkişaf edən Respublika olaraq tanındı.

- İnkişafın ilkin siyasi göstəricisi olaraq, ölkənin yeni iqtisadi inkişaf xəttinin yüksəlməsi Azərbaycan Dövlətçilik strategiyası tarixinin dirçəliş səhifələri oldu.

-Müstəqil Azərbaycanda həyata keçirilən Dövlət gənclər siyasəti, Dövlət qadın siyasəti, Dövlət ailə siyasəti, Dövlət uşaq siyasəti bütövlükdə dünyagenderşünaslıq elm tarixində də öyrəniləsi gender siyasi fəlsəfəsidir.

Belə ki:

Eləcə də:

​-Bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman, mədəniyyət, təhsil, elm, səhiyyə,ümumilikdə sosial və humanitar sahənin də dirçəlişinə stimul verildi.

-Beynəlxalq dünya birliyinə inteqrasiyanın təməl yaradıldı. Belə ki, Müstəqil Azərbaycan BMT kimi qurumdan sonra, ATƏT-in Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının və s. nüfuzlu qurumların üzvü oldu.

- Ulu Öndər BMT tribunasından Ana dili – azərbaycan dilində ilk çıxış edən Azərbaycan rəhbəridir və istər ilk hakimiyyəti illərində (sovet), istərsə də postsovet dövründə azərbaycan dilini Dövlət dili statusunda rəsmiləşdirdi.

- Ulu Öndər Ali Baş Komandan, General idi, Azərbaycanın vətənsevər vətəndaşı, ailəsi, davranışı, siyasi mədəniyyəti, insanlıq təfəkkürlü, milli təfəkkürlü, milli düşüncəli, dünyəvi mənəviyyatlı, tolerant və əzmli, diqqətcil və cəsarətli, səmimi və cəsur, mətin və qətiyyətli, universal bilikli, hərtərəfli hazırlıqlı milli Ali Rəhbər Fenomendir.

- Ermənistanın torpaqlarımıza təcavüzünü Dünyaya bəyan edən, xarici ölkələrdə diaspor və lobbiçilik İnstitutunu formalaşdıran Beynəlxalq səviyyəli Rəhbər idi. Ulu Öndər dünya səviyyəsində qəbul edilən Dahi Şəxsiyyət olmuşdur. Bəli, həqiqətən milli Lider, xarizmatik Dövlət qurucusu, siyasi məntiqin sözlə ifadə etsək Siyasətin Strateqiolmuşdur.

- Böyük strateq Ulu öndərin dövlət quruculuğu və siyasətdə keçdiyi yol «Heydər Əliyev siyasəti» adlanır. Bu yol hansı keçməkeşliklərdən, sərtliklərdən keçməyib ki… Bu yolda isə mətin, siyasi iradəli, mükəmməl və kamil şəxsiyyət Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın tarixi inkişaf dinamikasının ən mühüm prioritetləridir.

- Heydər Əliyev siyasi-tarixi xətti – bu böyük dühanın böyük adını və çoxcəhətli fəaliyyətin, geniş dünyagörüşün və tarixi irsin əhatə etdiyi zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemi Konsepsiyasıdır.

- Heydər Əliyev siyasi-hüquqi təlimi – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş, düşünülmüş yetkin dövlətçilik təlimi fəlsəfəsidir.

- Heydər Əliyev geoiqtisadi siyasəti – postsovet məkanı müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunu inkişaf etdirilməsi və möhkəmləndirilməsində təcrübədən keçən model Konsepsiyasıdır. Həqiqətən də bu siyasi kurs MDB məkanı ölkələri üçün nəinki nümunə, həm də öyrənilən bir siyasi-hüquqi nəzəri konseptdir.

- Bu mənada Azərbaycanda milli dövlətçilik institutunun formalaşmasında, onun inkişaf istiqamətində mənafe və maraqların qorunmasında, milli birliyin və milli həmrəyliyin təminatında Ulu Öndər Heydər Əliyevin xidmətləri siyasi-hüquqi,elmi-fəlsəfi təlimdir.

-Ulu Öndər Milli Liderliklə Siyasi Rəhbərliyi, Siyasi Liderliklə Milli Rəhbərliyi inteqrasiya edən Strateq, unikal Siyasətçi, hər bir azərbaycanlının qoruyucusu, Dəstəkçisi, ölkənin ağır günündə xalqın çağırdığı Güvənən Yeri, ölkə sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanlının hamisiidi. Bu - onu son dəfə yola salan milyonların dəfn mərasimində iştirakında, Azərbaycanın hər bir kəndi, qəsəbəsi, rayonu, şəhərində onun adına verilən ehsan məclisləri və oxunan dualarda özünü əks etdirdi.

Ulu Öndər ilahidən Seçilmişlərin Seçilmişi, Qüdrətli, öz ölkəsini sevən və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən Strateq Siyasi Xadim, Dövlət Qurucusu, müasir Azərbaycanda dövlətşünaslığın əsasını yaradan Yaradıcı Prezident idi.

- XX əsrin 70-ci illərindən Azərbaycanın milli Dirçəlişi, Qurtuluşu, yenidın bərpası məhz Ulu öndər Heydər Əliyev Vətənkeşliyinin Məntiqi Yekunudur.

- Ulu öndər Heydər Əliyevin dərin siyasi-fəlsəfi təfəkkür, strateji düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kəlama çevrilmişdir. Ulu öndərin əksər ifadələri də baxış və fikirləri, müdrik deyimdir və nəzəri təfəkkürün məhsulu kimi bu gün istifadə edilən daxili istedadının fəlsəfəsidir.

- Ulu Öndər ideyaları, siyasi praqmatizmi, insan rifahına söykənən sosial siyasətin həyata keçirilməsi Dövlət quruculuğunun siyasi fəlsəfi nəzəriyyəsidir. Bu siyasi fəlsəfə Ulu öndər Heydər Əliyev Milli İnkişaf Strategiyasının nəzəri-təcrübi Konsepsiyasını yaratdı.

- XXI əsrin əvvəlindən Ulu Öndər Heydər Əliyevsiyasi kursunun, Dövlətçilik İnstitutunun layiqli aparıcısı, davamçısı Modernləşən Yeni Azərbaycanın Prezidenti İlham Əliyevdir.

Fikrimizi Azərbaycanın Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevanın fikirləriilə bitirək: “Onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Heydər Əliyev – tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir... Vətənin – Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB