AXCP sədri Əli Kərimlinin daxilindəki xəbis düşüncələri hələ Vətən müharibəsi adlandırdığımız ikinci Qarabağ savaşının ilk günlərində bəlli olmuşdu. Onun ölkədə fəaliyət göstərən çoxsaylı siyasi partiyaların dövlətçiliyimizin və ərazi bütövlüyümüzün dəstəyini əks etdirən birgə bəyanatına imza atmaması göstərdi ki, əslində onun “siyasi müxalifətçiliyi” yalnız hakimiyyətə qarşı deyil, həm də dövlətlə qarşıdır. Yəni bu faktın özü cəbhəbaşının illər boyu hansı məqsədlərə xidmət etdiyini, kimlərə və hansı şərtlərin müqabilində nökərçilik göstərməsinin danılmaz sübutudur. Biz illərdir ki, bu barədə yazırıq və belə görünür ki, yazamqda da davam edəcəyik. Düzdür, bir çoxları bizə irad tuturlar ki, axı mövcud olmayan “ana müxalifət” partiyası haqqında, onun “lideri” haqqında nəyə görə bu qədər çox yazırsınız? Niyə onları gecə-gündüz reklam edirsiniz? Bəlkə də bu iradlar haqlıdır, hətta haqlıdan da haqlıdır. Lakin tənqid olmayan yerdə inkişaf da olmaz, əlbəttə ki, tənqidi anlayan üçün, nəticə çıxaran üçün. Demək, “cənab” cəbhəbaşı da tənqidlərdən nəticə çıxarana qədər onun çatışmayan, necə deyərlər, cızığından çıxan “siyasətini” hədəfə almaqda davam edəcəyik.

Sosial məsələləri anladıq. Deyək ki, dövlətin diqqəti mərkəzində olan və zaman-zaman həll edilən problemlər barədə danışdı, klaviatuta arxasına keçib yazıb-pozdu, partiya sədri olduğunu unudaraq, bloger qismində fəaliyyətini davam etdirdi. Bəs dövlətin maraqlarına qarşı fikirləri haradan qaynaqlalnır? Elə götürək Qarabağ münaqişəsində Azərbaycan dövlətinin qazandığı qalibiyyətini. Bütün dünya car çəkir ki, Azərbaycan özünün güclü və ən müasir hərb sistemi, iqtisadiyyatı və uğurlu diplomatiyası ilə q arşısına çıxan bütün maneələri aşdı, halalca qalibiyyətini qazandı, ədaləti bərpa etdi. Əli Kərimli isə hazırda iki ayağını dirəyib bir başmağa ki, bəs bu tam qalibiyyət deyil-filan? Nəyə əsaslanıb deyir bunları? Hansı faktları ortaya qoya bilər ki, Azərbaycan Vətən müharibəsində tam qələbə əldə etməyib? Hazırda proses davam edir və çox qısa dövr ərzində Xankəndi də daxil olmaqla rusiyalı sülhməramlılarının nəzarəti altında olan digər ərazilərimiz də birbaşa ölkəmizin yuridiksiyası altına keçəcək. Separatçıların kiçik bir ərazilərimizdə qalan əski parçaları, qaregin nejdelərinin heykəlləri, terrorçularının plakatları, daha nə bilim hansı zir-zibilləri yığıçdırılacaq. Məsələn, biz, şəxsən mənim özüm buna 1000% inanıram və birmənalı qaydada bilirəm ki, 44 günə düşmənin başını əzən Azərbaycan dövləti yerdə qalan qısa dövrdə xalqı narahat edən bəzi cəhətləri də həll edəcək. Vətənini sevən, dövlətinə bağlı olan kəs buna inanır və Müzəffər Sərkərdəsinin siyasətinin buna doğru inkişaf etdiyini də anlayır!

AXCP sədri və onun orda-burdakı bir qrup yığnağı isə qəsdən (!), bəli-bəli, heç də yanılmadınız, məhz qəsdən (!!!) dövlətin, xalqın, Ordunun qazandığı qələbəsinə kölgə salmağa hər vəchlə cəhd göstərir. Halbuki...

Halbuki, bu gün Ermənistandakı vəziyyət göz önündədir, işğalçılıq siyasətləri məhv edilən erməni hərbi-siyasi dairələri, xaricdəki erməni lobbisi bar-bar bağırırlar ki, Qarabağ itirilib, artıq bu reallıq göz önündədir və s. və i. Əli Kərimli isə deyir ki, yoooxxx, nə danışırsınız, Azərbaycan tam qələbə-filan qazanmayıb! Qısacası, uzun illər çörəkverən erməni aşnalarına ürək-dirək verir ki, darıxmayın, sizə xidmətimi, nökərçiliyimi davam etdirməklə istədiyiniz satqınçılığı edəcəyəm, təki mənim pullarımı göndərin. Əgər belə deyilsə, AXCP sədri vaxtilə oğlu Türkeli BMT-nin iclaslarının birinə göndərib, “dqr”in sabiq “prezidenti” Bako Saakyanın oğlu ilə yanaşı otuzdurub, anti-Azərbaycan dinəmələrində əleyhimizə çıxan qərarlara əl çaldırmazdı! Əgər belə olmasa idi, Nikol Paşinyanın “məxməri inqilabından” vəcdə gələrək, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üçün onun işlədiyi Soros fondu ilə əlaqələr qurub, Nikolu da özünə kumir seçməzdi! Əgər belə olmasa idi, bütövlükdə Ermənistanın xeyrinə çıxışlar edib, hətta 2016-cı ildə qazanılan Aprel zəfərini hədəfə almazdı və bununla da erməni KİV-lərinin maneştlərini bəzəməzdi!

Keçək digər məsələyə. Bu həmin Əli Kərimlidir ki, birillik hakimiyyətləri zamanı Qarabağımızın, Şuşamızın və s. rayonlarımızın gizli sövdələşmələr bahasına satan iqtidarın dövlət katibi vəzifəsini daşıyıb. O və bütövlükdə Elçibəy komandası Bakıda Qarabağ alveri ilə məşğul olarkən o torpaqlarda Vətən oğulları canlarını fəda edirdilər, qanlarını axıdırdılar, şəhidlik zirvəsinə yüksəlirdilər. Məhz qanlar bahasına Qarabağımızı pula-paraya sata-sata. Özü də hakimiyyətə də hay-harayla, Qarabağımızın müdafiəyə ehtiyacı olan zamanlarda gəldilər, gəlmələri ilə torpaqlarımızın itirilməsinə səbəbkar oldular. İndi Əli Kərimli dönüb-olub “torpaqsevər” və ya nə isəsevər. Qarabağımız 29 il əvvəl məhz onların hakimiyyət hərisliyinin qurbanına çevrildi. Məhz Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan Elçibəy hakimiyyəti bundan sui-istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etdi. Xəyanət, məğlubiyyətə sürükləmək bax, budur Əli Kərimli!

Müzəffər Sərkərəmizin də vurğuladığı kimi, Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat hakimiyyəridir!

İndi həmin bu Əli Kərimli Qarabağ qələbəsi üzərində mənfi rəy yaratmağa hesablanmış manipulyasiyaları ilə özünü cəbhəbaşı qismində reaklam edir. Fəqət, bu ucuz reklamın onun üçün baha başa gələcəyini də unutmamalıdır. Çünki söhbət dövlət maraqlarına gələndə hər şey başqa cür olur və demokratiya-filan kimi hay-şivənlər də burada yarasızlığa çevrilir. Bax, bunu mütləq unutmasın və sırğa edərək, assın o “gözəl” qulaqlarından...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə