Əsrlərdir ki, bizə qarşı düşmən kəsilən erməni vəhşiləri üzündən daima qanlı müharibələrin qurumayan oylağına çevrilən doğma Qarabağımızda müharibəni bitirsək də, hiyləgər və bir o qədər də riyakar düşmən heç cür sülh müqaviləsi imzalamağa yaxın gəlmir. Erməni cəmiyyəti yenə faşist və xəstə düşüncəsində qalır: - Azərbaycanlılara nifrət, yenidən torpaqlarımıza göz dikmək. Bədnam qonşularımız sürünənlər sülaləsi kimi rəngini bir neçə dəfə dəyişsə də, düşmən olaraq xislətini qətiyyən dəyişmir. Məsələ aydındır: ermənilər keçən əsrlərdə olduğu kimi, yenə də ənənəvi HİMAYƏÇİLƏRİNDƏN yeni geridönüş planı gözləyirlər və bütün alçaqlığı ilə buna hazırlaşırlar. Son bir neçə həftədə əvvəlcə Vaşinqtonda, sonra da Moskvada aparılan danışıqlar yenə də “qısır” bitdi. Yenə Moskvada Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş başlayır. Yenə ümidlər, yenə “irəliləyişə doğru bir addım” və sairə və sairə...
Bəs sülh müqaviləsi niyə bağlanmır, hansı detallar sülhə gedən yolu qaratikan kolu kimi bağlayıb durub? Gəlin sülh müqaviləsinə qarşı olan erməni cəmiyyətindən başlayaq.
Zəhərli daşnak düşüncəsi sülhü təhdid edir!
Sülh əvəzinə müharibəni seçən erməni daşnak sürüsü yenidən qisas müharibəsinə başlamaq, Azərbaycana məxsus olan, minlərlə igid oğullarımızın qanı hesabına düşməndən geri aldığımız torpaqlarımız üzərinə hücum hazırlamaq “eşqi ilə” alışıb-yanır. Erməni radikallar baş nazirin oğlunu qaçırmaqdan belə çəkinmirlər. Mövqelərini açıq ortaya qoyurlar. N.Paşinyanı da qorxudan elə budur. Daşnak sürüsü nə desən edə bilər. Elə etdilər də. Bu yaxınlarda İrəvan küçələrindən birində N.Paşinyanın oğlu Aşotu qaçırmaq istəyiblər, hay-küy qopub. Məlum olub ki, Aşotu oğurlamağa cəhd edən qadın ikinci Qarabağ müharibəsində ölən erməni əsgərin anasıdır. Qadın artıq həbs olunub.
Yəni anlaşılan odur ki, hazırkı erməni cəmiyyəti xəstə düşüncənin əsiri olmaqda davam edir. Heç bir reallıq onları bu xəstə və qanlı düşüncədən ayıra bilmir. Bu, çox-çox düşündürücü detaldır. Ən maraqlısı odur ki, ermənilərin özləri qədər onların qərbdəki dəstəkçiləri də Azərbaycana qarşı ermənilərdən az nifrət hissi ilə yanaşmırlar. Məsələnin ən dramatik tərəfi budur ki, erməni məsələsində Rusiyadakılar qərbdəki düşmənləri ilə eyni düşünürlər. Erməni xisləti amansız düşmənləri bir andaca həmrəy dosta çevirirsə, demək qarşımızdakı düşmən hiyləgər olduğu qədər, həm də dünya gücləri üçün hər zaman işə yarayan qanlı və alçaq nökərdir. Belələrindən heç kim imtina etmir. Mus-mus mustafa, düşmən hiyləgər və qaniçəndir, heç olmasa bu dəhşətli reallığı beyinlərimizə yeridib zaman-zaman gələcək nəsillərə ötürə bilsək...
Paşinyan neçə ələ “oynayır”?
Hakimiyyətini qorumaq və bütün situasiyalardan öz maraqları üçün yararlanmağa çalışan N.Paşinyan isə həm radikal erməni cəmiyyəti ilə, həm də öz maraqları üçün bu yekəqulaq baş nazirdən yararlanmağa çalışan dünya nəhəngləri ilə, sözün əsl mənasında, “rəqs edir”. Cəbhə xəttində törədilən son təxribatlar bu sözlərimi tam əminliklə təsdiqləyir. Bütün “ipləri” Moskvada və qərbdə olan Paşinyan hökuməti müstəqil mövqe sərgiləməkdən, real vəziyyəti ermənilərə başa salmaqdan savayı hər şeylə məşquldur. Son aylar cəbhə xəttindəki qanlı atışmalar, bitib tükənməyən erməni təxribatları özbaşına edilmir. Çünki ermənilərin özlərinə arxa-dayaq bildikləri qüvvələr bədman qonşularımızı kimə desən “hürdürürlər”. Əslində, erməni cəmiyyətinin elə əsl funksiyası da budur.
O ki qaldı N.Paşinyana, bu adam erməni cəmiyyətinə real siyasəti izah etmir, ya da daşnak xəstəliyinə tutulmuş erməni kütləsinə həqiqəti anlatmağın mümkünsüz olduğunu dərk edib, əvəzində əsrlərdir davam edən erməni faşist düşüncəsinə “yaşıl işıq” yandırır. Özünü erməni ictimai rəyində “sığortalamaq üçün”. Sanki radikallar özləri də bilmədən bu məsələdə N.Paşinyanın “əlinə su tökürlər”. Hiyləgər paşik sanki pianoda yüz ritmə “oynayır”. “Kokeyşn Paşinyan” da az aşın duzu deyil...
Amma N.Paşinyan erməni cəmiyyətinə daha dərin “sürpriz” hazırlayıbmış. Bu dəfə İslandiyada keçirilən Avropa Şurasının Sammitində Azərbaycanın qanuni 86,6 min kvadrat metrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bütün radikal erməni kütləsi də İrəvanda meydanları bağlayıb oturaq aksiyaya keçiblər. Sanki N.Paşinyan əsrlərdir anti-Azərbaycan düşmənçiliyi ilə zəhərlənmiş və üfunət iyi verən erməni beyinlərini asta-asta “təmizləməklə” məşğuldur. N.Paşinyan həm erməni düşüncəsini silib təmizləməklə məşğuldur, həm də özünə yeni dəstək axtarışındadır.
Dünya gücləri də sülh əvəzinə qanı seçirlər....
Dediyim kimi, bunlar irsən belədirlər, güc, dəstək, maraq haradadırsa, bir andaca ona sitayiş edirlər. Bir ara “paşikcan” Rusiyadan üz çevirib qərbə tərəf gülümsəsə də, cüdoçu Vladimir Putinin tərs “şilləsi” Nikol Varvaroviçin dağ göbələyini xatırladan yekə qulaqlarını al lalə kimi qızartdı. Anladı ki, hər şey qərbdə həll olunası deyil. Bu bölgənin bir də Rusiyası var. Qurama Ukrayna “müharibəsində” çırpınan Moskva hər şeyə rəğmən regiondakı hər şeyə nəzarət edir. Öz təkəbbürü üzündən indi Rusiyanı palçığa batmış ulaq vəziyyətinə gətirən balacaboy V.Putin keçmiş sovet ərazilərindəki heç bir münaqişəni sülhə çevirmək fikrində deyil. Rus dərin dövlətinin daima “parçala hökm sür” siyasəti dəyişilməzdir. V.Putin olmasın, olsun Andrey, Aleksey. Şəxslər, siyasi qüvvələr dəyişir, amma ÇAR SİYASƏTİ qəti dəyişmir. Qarabağda qanın qurumasına, sülhün olmasına Avropa da Rusiya qədər qarşıdır. Antitürk siyasəti, Azərbaycanın strateji coğrafiyada yerləşməsi, neft və qaz ehtiyatlarına sahib olması Avropadakı riyakar və məkrli siyasi qüvvələrin gözünə ox kimi girir. Bunlar üçün qarabağda qanın quruması o deməkdir ki, bunların maraqları da getdi məzarlığa. Bax, o maraqları məzarlığa basdırmamaq üçün min hoqqadan çıxırlar ki, Azərbaycan və Ermənistan arasında daima qan axsın. Elə “qulağımızın dibindəki” İran da erməni sevgisinə və Azərbaycan düşmənçiliyinə görə qətiyyən avropalılardan geri qalmır. Əksinə, fars rejimi bu coğrafiyada yerləşdiyi üçün Azərbaycanın ayaqda olmasına ən çox qəzəblənən “müsəlmanlardandır”. Qəti fərqi yoxdur: Ya Xomeyni rejimi, ya Rza Şahın nəvələri-hamısı Azərbaycan nifrəti ilə alışıb yanırlar. Yerləşdiyimiz coğrafiya, gözlərinə ox kimi batdığımız qonum-qonşu əhatəmiz təəssüf ki, belədir. Məncə, Qarabağda sülh müqaviləsi üçün AÇAR Moskvada, Kremldəki otaqlardadır. Azərbaycan və Ermənistan liderləri Moskvaya yığışırlar. Qarabağda sülh üçün əsl müqavilənin açarı orada gizlədilib. Vladimir Putin AÇARI verəcəkmi?- gözləyək görək!
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə