El arasında bir misal var, “həm oğru, həm doğru”. Bu, bütünlüklə Ermənistana aiddir. Bu gün Azərbaycanı Laçın yolunu kəsməkdə ittiham edir. Hərdən Üçtərəfli Bəyannamədən sitat da gətirir. Guya Azərbaycan Laçın yolunu kəsib. Ki, bu da üç ölkə liderlərinin imzalarına hörmətsizlikdir. Buna yalnız siyasi həyasızlıq demək olar. Başqa ifadələr də işlətmək olar, qorxuram ermənilərin əsli-nəsli, soyu-kökü, keçmişi, cədd-abası bu dünyadan gedən rəngarəng mesajlardan qəbirlərində yata bilməyə. Tanrıya qarşı hərdən naşükür olmaq istəyirəm. Axı bizim nə günahımız var idi ki, belə murdar ünsürləri bizə qonşu yaradıb? Deyər ki, bu qaraçı tayfası sonradan azıb buralara qədər gəliblər. Azmağa başqa yer tapmadılarmı, niyə bizim torpaqlara, niyə Türkün min illərlə sakit, hüzur içində yaşadığıat yurd yerlərinə gəlib doluşdular?

Ermənistan bütün görüşlərdə ya Azərbaycanı “Ermənistanın suveren ərazilərini işğal etməkdə”suçlayır, ya “120 minlik erməniləri soyqırıma məruz qoymağa hazırlaşır” yalanını uydurur, ya da bizi Laçın yolunu kəsməkdə günahlandırır. Bu məqamda ermənilərə bir xatırlatma gəlsin ki, gözlərini dörd açıb, qulaqlarını şəkləyib diqqət kəssinlər. Bu millətə tarix boyu bizə qarşı etdikləri barbarlığı, vəhşiliyi, terror, dünyada nə ki pis əməl var, onu hər dönəmdə təkrar söyləmək gərəkdir ki, ağıllarını cəm edə bilsinlər, iftiranın həddini bilsinlər, səbr kasamızın necə, nə vaxt daşdığının və onun nəticələrini boş kafalarına yerləşdirə bilsinlər. Yoxsa bu millətcik, milçək sürüsü hələ bizim başımızı çox ağrıdacaq…

Yaxın tariximizə nəzər salaq, 1887-88-ci illər. Ermənistan çalxalanır, M.Qorbaçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın “Humanite” qəzetində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış etməsi ilə 1988-ci ilin fevralında məlum “Dağlıq Qarabağ” hadisələri başlayır. Buna qədər isə indiki Ermənistan adlanan tarixi Azərbaycan ərazilərində yaşayan 300 mindən artıq azərbaycanlılar öz doğma yurdlarından zorla qovuldular. Xaricdən Ermənistana axın edən terrorçu-daşnak birləşmələri qəsa müddət ərzində soydaşlarımızı isti ocaqlarından didərgin saldılar. Qarabağda isə vəziyyət gərginləşməkdə idi, burada yaşayan ermənilərin ərazi iddiası elan edilməyən müharibəyə səbəb oldu. Bu müharibənin ilk şəhidləri Əsgəranda Əli ilə Şəhriyar oldular. İki gəncimizin şəhidlik zirvəsinə ucalması xalqımızın torpaq uğrunda döyüşlərinin başlanğıcı oldu. Azərbaycanda milli azadlıq hərəkatını söndürməyi bacarmayan sovet hakimiyyəti Azərbaycana qarşı Ermənistan amilindən istifadə etdi və beləliklə, Birinci Qarabağ müharibəsi başladı.

Bu müharibə Bişkek müqaviləsi ilə müvəqqəti dayandırıldı, atəşkəs elan edildi, amma müharibə bitmədi. Nəticədə Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi. Bu fakt bütün beynəlxalq sənədlərdə də qeyd edildi. Hətta BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltması ilə bağlı ard-arda 4 qətnamə qəbul etdi. Məsələ ondadır ki, işğal faktı beynəlxalq qurumun ali orqanı tərəfindən qəbul edilən qətnamədə öz əksini tapdı. Bəs Ermənistan nə etdi? BMT Təhlükəsizlik Şurasının qətnaməsini qulaqardına vurdu, silahlı birləşmələrini Azərbaycanın bir qarış torpağından belə çıxarmadı. Əksinə, hər gün təmas xəttində atəşkəsin pozulmasına səbəb oldu. Münaqişənin həllinə nail olmaq üçün yaradılan ATƏT-in Minsk qrupu, dolayısı ilə ABŞ, Fransa və Rusiya Ermənistanın işğalçı olduğunu bilə-bilə İrəvanı torpaqlarımızdan çıxarmaq üçün heç bir əməli iş görmədi. Əksinə, Azərbaycanın baş verənlərlə barışmasını istədi. Təbii ki, məqsəd bəlli idi.

Ataların bir misalı da var, “Zor şəriətlə yarıdır”. Yəni kim güclüdürsə, onunla daha tez hesablaşırlar. Azərbaycan 27 ildən sonra Ermənistana öz gücünü açıq şəkildə göstərdi və dünya bizimlə hesablaşmalı oldu. Azərbaycan ötən iki il yarım müddət ərzində işğaldan azad etdiyi ərazilərdə suveren hüquqlarını bərpa etdi. Son hadisələr, Azərbaycan-Ermənistan sərhədində sərhəd və gömrük keçid məntəqələrinin yaradılması da ölkəmizin haqqıdır. Düzdür buna qarşı ara-sıra çıxanlar olsa da məsələnin çox da dərininə getmək istəmədilər. Niyə də getsinlər? Azərbaycanın fəaliyyəti dünya birliyi tərəfindən tanınmış sərhədləri daxilindədir.

Gələk əsas məsələyə, Ermənistan tərəfi sərhəd və gömrük keçid məntəqələri yaradan Azərbaycana iradı budur ki, guya biz Azərbaycan-Rusiya və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli Bəyanatın şərtlərini pozuruq. Yəni sənədin 6-cı maddəsinə istinad edən ermənilər Ermənistanla Qarabağda yaşayan ermənilər arasında əlaqələrin yaradılması üçün “Laçın dəhlizi”adlanan yolun Azərbaycan tərəfdən nəzarətə götürülməsini şərtlərin pozulması kimi qəbul edib haray-həşir salırlar. Əvvəla Azərbaycan-Ermənistan sərhədində keçid məntəqəsinin quraşdırılması yolun tamamilə bağlanması anlamına gəlməməlidir. Əgər ermənilər hər iki istiqamətə qaydalara uyğun hərəkət edəcəklərsə, burada heç bir problem də olmayacaq. Yox, əgər ermənilər əvvəllər olduğu kimi, Ermənistanda hərbi yükləri, minsları, top-tüfəngləri daşıyıb Xankəndiyə və digər ərazilərimizə dolduracaqlarsa və geri qayıdan yük maşınları ilə Qarabağdakı mədənlərimizdən yeraltı sərvətlərimizi qanunsuz olaraq Ermənistana və oradan Avropaya, Rusiyaya daşıyacaqlarsa, onda yol-dəhliz anlayışında, bundan istifadədən söhbət gedə bilməz. Ermənistan və ermənilər Azərbaycanın Üçtərəfli Bəyanatın 6 bəndinin şərtlərini pozduğunu iddia edir. Bəs həmin sənədin 4-cü maddəsi nəyi özündə ehtiva edir? 4-cü bənddə deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. 9-cu bənddə isə: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”, yazılıb.

Gələk son sualımıza, 6-cı bəndin pozulduğu bəhanəsi ilə özünü “xarakir” edən ermənilər, bəs 4-cü və 9-cu bəndləri nə tez unudursunuz? Yəni beyninizin “pikser”-i yalnız 6-cı bəndi qəbul etmək imkanınamı qadirdir? Bəs qalanları???

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə