Ermənistanda Nikol Paşinyan iqtidarına qarşı şiddətli etirazlar və nifrət dalğası hər keçən gün genişlənir. Xüsusilə, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət postunu yaratmasından sonra “inqilabçı” baş nazir sərt hədəf taxtasına çevrilib. N.Paşinyan əleyhdarları o qədər fəallaşıblar ki, hətta baş naziri hökumət evinə buraxmamaq barədə çağırışlar belə ediblər. Bu çağırış olduqca gərgin situasiyanın və İrəvanda qanlı xaosla müşayiət olunacaq kütləvi etirazların baş qaldıracağına işarədir. Çünki radikal qüvvələr sanki əllərinə fürsət keçibmiş kimi, hazırkı erməni hakimiyyətinə qarşı olduqca sərt ittihamlar irəli sürür, küçə hərəkatından hakimiyyətə daraşan N.Paşinyanı devirmək üçün münasib vaxtın yetişdiyini düşünürlər. Əslində, radikallar rəsmi Bakının öz suveren əraziləri daxilində atdığı son addımı sanki əldə “bayraq” edib N.Paşinyanın satqın obrazı barədə ictimai rəy yaradırlar. Açıq şəkildə erməni siyasətində qanlı haqq-hesab üçün zəmin yaradılır.
Bu dəfə daha tutarlı və kütləni ayağa qaldıracaq “propaqanda” ilə meydana atılırlar. Nədir bu tutarlı təbliğat? Son vaxtlar Azərbaycan qarşısında açıq-aşkar əzik duruma düşdüyü deyilən N.Paşinyanın “əsl türkə çevrildiyi” barədə ucadan hay-küy qaldırmaq. Amma budəfəki siyasi səhnədə erməni xalqının quldurbaşı kimi yanaşdığı Serj Sarkisyan və Robert Koçaryan olmayacaq yəqin ki. Yeni siyasi situasiyada keçmişdə siyasi baxımdan tam “istifadə edilmiş”, vaxtı bitən keçmiş quldurbaşıları ön sıralara çəkmək radikallara artıq sərf etmir. Onlar yeni siyasi isimlərlə meydanlara çıxacaqlar ki, bu da tam başadüşülən prosesdir. Artıq neçə gündür İrəvandakı meydanlarda erməni heyvərəliyinə xas şəkildə Azərbaycan və Türkiyə bayrağlarının yandırılması, bir qrup İrəvan sakininin Qarabağ istiqamətinə hərəkət etməyə cəhd etməsi, kütləvi itaətsizliyə parlament deputatları səviyyəsində edilən çağırışlar növbəti həftələrin erməni hökuməti üçün ağır keçəcəyindən xəbər verir.
Həm də unutmayaq ki, daima terrordan bəslənən erməni cəmiyyəti və siyasi dairələri üçün 1999-cu ildəki parlament qətliamına oxşar yeni qanlı tamaşa hazırlamaq stəkanla su içmək qədər asan bir işdir. Hətta erməni cəmiyyətində və siyasətində stəkanda su əvəzinə rəqiblərinin isti qanını içmək həvəsində olan yırtıcı radikal manyaklar nə qədər desən var. Məgər 1999-cu ildə parlamentdə qanlı terror törədənlər S.Sarkisyan və R.Koçaryan deyildilərmi? Beyni zəhərlənmiş kütlənin son addımları açıq şəkildə zombiləşdirilmiş düşüncəsiz faşist erməni cəmiyyəti ilə sülh müqaviləsinin mümkünsüzlüyünü də ortaya çıxarır. Azərbaycanlı və türk üçün nifrət dolu fikirlər səsləndirən, iki ölkənin bayraqlarını beynəlxalq tədbirlərdə belə yandırmaqdan çəkinməyən barbar erməni cəmiyyəti ilə sülh şəraitində yaşamaq çox qəliz görünür. Mənə qalsa, hətta mümkünsüzdür deyərdim...
Amma ermənilərin nifrəti təkcə Azərbaycan və Türkiyəyə qarşı məhdudlaşmır. Sırada onları uzun əsrlər bundan əvvəl Qafqaza gətirib torpaq verən, onlar üçün olmayan erməni dövləti “yaradan”, onları həyətindəki köpək kimi bəsləyən Rusiya da hədəfdədir. Bu anti-Rusiya nifrəti son proseslərdən sonra elə açıq və nifrət tonuna keçib ki, İrəvanda Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Rusiya bayrağı da yandırılıb külə çevrildi. İlk baxışdan, elə də ciddi bir hadisə kimi görünməyə bilər. Amma əllərində Fransa və Avropa İttifaqı bayraqlarını tutanların sıraları genişləndikcə, İrəvanda rus əleyhdarlarının səsləri daha bərkdən çıxmağa başlayır. Erməni radikallar qəzəblə etiraz edirlər ki, nədən Rusiya sülhməramlıları Azərbaycanın öz qanuni ərazilərində nəzarət buraxılış məntəqi yaratmasına imkan yaradır?
Gülünc deyilmi? Mən öz ərazimdə qanunsuz silah daşınmasına qarşı tədbir görürəm, sülhməramlılardanmı icazə almalıyam? Çoxdandır Rusiyaya qarşı nifrət hisslərini meydanlarda səsləndirmək üçün alışıb yanan erməni radikallarına sanki fürsət yaranıb. Sözsüz ki, sarıqulaq İvan bütün bu baş verənlərə, xüsusilə, İrəvanda Fransa və Avropa İttifaqının bayrağları dalğalanan mitinqdə Rusiya bayrağının yandırılmasına yaşıl gözlərini yuması deyil. Kremlin öz əbədi nökərinə “ərdabında” qulaqburması verməsi qaçılmazdır. İrəvandakı son təxribatların da Fransa və digər qərb ölkələrindən “ilhamlandığı” göz önündədir. Fransa və AB bayraqlarını başları üzərində dalğalandıran erməni radikallar əvəzində Azərbaycan, Türkiyə və Rusiya bayraqlarını oda verirlər. İrəvandakı son təxribatlardan sonra gəlinən əsas nəticə budur ki, erməni cəmiyyətinin nə qədər faşist düşüncəli zombiyə çevrildiyi barədə bundan gözəl nə nümunə gətirəsən. Belələri ilə qonşu olmaq talesizliyin ən betəridir....
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB