Ermənistan və ermənilər bataqlıqda canı ilə əlləşən birisini xatırladır. Tərpəndikcə bataqlıq onları daha dərinə aparır. Əsgər məsələsində yerli sakinlər bir, Ermənistanın baş naziri başqa, spiker isə tam fərqli bir söz deyir. Bilmək olmur dumana düşərək yolu azan və Ermənistan ərazisində ələ keçirilən iki əsgərimiz haqda niyə bu qədər fərqli izahatlar var? Bu sualın cavabını da elə ermənilər verir. Bu hadisədən hərə öz xeyrinə çıxarlar əldə etməyə çalışır. Bu ölkənin ikinci şəxsi, spiker Alen Simonyanın əsgərimizi tələm-tələsik hansısa cinayətdə suçlaması daha dəhşətli mənzərə yaradır. Bir sözlə, Ermənistanda it izi at izinə qarışıb.
Bayrağımızın yandırılmasına gəlincə, bu, daha çox sülhə xidmət etməli olan idman yarışının imicinə ağır zərbədir. Bu hadisəni 1972-ci il Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı “Qara sentyabr” təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı ilə müqayisə etmək olar. İsrailin Olimpiya millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdi. Hadisədən qısa müddət sonra terrorçular İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər. Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdi. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur.
İrəvanda baş verənlər də 1972-ci il qətliamının təkrarlana biləcəyinə bir işarə idi. Ermənistanın paytaxtında baş verən hadisə başqa məcraya da yönəldilə bilərdi. Əgər Ermənistan rəsmilərinin dediyi kimi, təhlükəsizlik tədbirləri görülmüşdüsə, bəs onda tamaşaçıların, rəsmi və qeyri-rəsmi şəxslərin, yüzlərlə idmançının, polisin, DTX əməkdaşlarının, təşkilatçıların, Ermənistanın baş nazirinin gözü qarşısında bu hadisə necə baş verə bildi? Həm də terror aktı Nikol Paşinyanın zövcəsi Anna Akopyanın “boy frend”I tərəfindən. Annanın dostu fürsətdən yararlanıb bizim idmançılara atəş də aça bilərdi.
Hadisənin ən diqqətçəkən məqamı isə İrəvan polisinin qərarı və paytaxt sakinlərinin reaksiyasıdır. Polis sanki heç bir hadisə olmamış kimi, Nikolyanı azad etdi və əlini onun kürəyinə çəkməyi də unutmadı. Sakinlər isə onunla həmrəy olduqlarını əyani, həm də nümayişkəranə şəkildə göstərdilər. Bu millət terrora “hə” dedi və kim olduğunu təsdiq etdi. Ermənistanın idman nazirinin müavini Karen Giloyanın açıqlaması da erməni mahiyyətindən, xislətindən xəbər verir. Giloyan hadisəni elə “xırdalayır” ki, sanki oyunda hansısa hakim səhvi baş verib, kiminsə balını aşağı göstəriblər.
Giloyanın açıqlaması: “Ermənistanda Azərbaycanın qəbul etdiyi qərar idman etikası baxımından narahatlıq doğurur, çünki İrəvan bütün təhlükəsizlik standartlarına əməl olunmasını təmin edib və İrəvana gələn idmançılar üçün heç bir problem yaranmayıb. Hadisə çox tez həll edilib və bunu təhlükəsizlik zəmanəti ilə heç bir əlaqəsi yoxdur. Onların yarışlarda iştirakı üçün bütün lazımi şərait tam təmin edilib”.
Əslində, nazir müavininin açıqlamasına təəccüblənmək olmur. Çünki bütün bu baş verənlər və buna münasibət bir millətin epidemiya həddində olan xəstəliyidir. Yəqin ki, bu yaxınlarda Laçın yolunda baş verən hadisəni xatırladınız. Ermənis əsilli qadınlara ilk tibbi yardım göstərən həkimlərimiz onları Xankəndiyə qədər müşayiət etmişdilər. Əsl mərəkə də bundan sonra başlamışdı, azərbaycanlıların xoşməramlı jesti Ermənistanın bəzi dairələrini, xüsusən də tipik erməni xislətində olanları bərk narahat etmişdi və mətbuatda qaldırdıqları tozanaq da bu səbəbdən idi. Hətta, bu qarmaşa ilə daim bizim əlehimizə olan bəzi beynəlxalq təşkilatları da şoka sala bilmişdilər. Laçın yolunda keçirilən etiraz aksiyasının əsl mahiyyətini bir kənara qoyub, guya ekoaktivistlərin yolu bağladıqlarını, Qarabağdakı ermənilərə humanitar krizis yaşatdıqlarını bəhanə edərək Azərbaycana sanksiya tətbiq olunmasına çalışırdılar. Yəni, olmayan hadisədən şou düzəltmək və Azərbaycana təzyiqləri artırmaq.
Ermənistanda isə hakimiyyətə müxalif olan bir qrup ekspert baş verənlərə fərqli tərəfdən yanaşmaqla Paşinyanı tam olaraq ifşa ediblər. Onların qənaətinə görə, hakimiyyətə şounun davam etməsi və xalqın Ermənistanın mövcudluğunu təhdid edən əsl dəhşətli proseslərdən yayındırılması lazımdır. Ekspertlər getdikcə daha çox əmin olurlar ki, baş verənlər əvvəlcədən planlaşdırılmış və düşünülmüş təxribatdır. Stilistik studiyanın rəhbəri Aram Nikolyan barədə hər cür ifadə işlətmək olar, amma o, qətiyyən axmaq deyil. Nikolyan Nikol Paşinyana və Anna Akopyana yaxın, onların dediyini yerinə yetirən personajdır. Bəli, söhbət Azərbaycan bayrağının yandırılmasından gedir.
Baş verənlər erməniləri keçmişdə yaşananlardan dərs çıxarmanı xatırlamağa vadar edən faktdır. Bayraq yandırmaq və əsgərə qarşı vəhşi hərəkətlər daha çox kimə sərf edir? Bunun şəxsən Nikol Paşinyan üçün faydalı olduğuna şübhə yoxdur. Nə üçün? Cavab sadədir - ictimai müzakirəni tamam başqa istiqamətə köçürmək. Dərinliyini cəmiyyətdən gizlətməyə çalışdıqları çox mühüm problemdən yayındırmaq.
Söhbət həm də Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən gedir. Cəmiyyət Dığ (Tex) kəndi yaxınlığında erməni ordusunun təxribatından sonra başlanan qısamüddətli döyüşdə bütün mənalarda itirilənlərin cavabını Paşinyandan sorur. Ağır məğlubiyyətin isə cavabı yoxdur. Ona görə də idman yarışında baş verənlərin hakimiyyət tərəfindən sifariş edildiyini qətiyyətlə söyləmək olar.
Əsgərlərin yolu azmaları və Ermənistan ərazisinə keçmələri də Paşinyan üçün göydəndüşmə olub. Hadisənin baş nazirə hansı dividentlər qazandıracağını hələlik bilmirik, amma əsgərlərə qarşı ermənilərin törətdiyi vəhşiliklər bu ölkəyə də, onun hərdəmxəyal baş nazirinə də yaxşı heç nə vəd etmir. Bəs 44 günlük müharibədən sonra diversiya törətmək məqsədilə Azərbaycan ərazisinə keçən və silahlı qüvvələrimiz tərəfindən ələ keçirilən erməni hərbçilərin valideynlərinə, onların yaxınlarına Paşinyan nə cavab verəcək? Bu, artıq gələn məqaləmizin mövzusudur.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB