Tarix də, zaman da sübut edib ki, qonşuluğumuzdakı qonşuluqdan kənar olmuşlar nə vaxt ki, dara düşürlər, bizdə bir atalar misalında deyildiyi kimi, aşığın sözü qurtaranda “neylim, neylim” deyər, bunun misalı ermənilərin də əlləri hər yandan üzüləndə göz yaşlarına üstünlük verirlər. Düşürlər dünyanın canına, saxta göz yaşlarını axıtmaqla regionumuzda qalmaqal yaratmağa məqsədli olanları dartıb gətirirlər ki, gəlin, baxın, görün, biz nə gündəyik.

Maraqlıdır, Ermənistanın baş naziri Nikol Paşinyan və onun yan-yörəsindəki tör-töküntü 44 günlük müharibə zamanı üz tutmadıqları qapı, zəng vurmadıqları ünvan qalmadı. Kömək üçün əl açdılar, diləndilər, ağladılar, qürurlarından keçdilər, saatlarla telefon başında və ya qapı ağznda gözləməli oldular ki, görək bizə nə zaman nə kimi cavab verirlər. Xüsusi qeyd edim ki, bunlar yalnız kişi cinsindən olan insanlara ünvanlanırdı.

Müharibədən sonra artıq kişilərdən haray olmadığını görən həmin bu yığnaq başladı bacılara. Dedi bəlkə bizə bacılar kömək edər. Üz tutdular Nensi “nənəyə”. Vurğulayım ki, ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) 82 yaşlı sədri Nensi Pelosi ermənilərin saxta tarixinin beynəlxalq ictimaiyyətə sırınması uğrunda mübarizədə aparıcı qüvvədir. Kişilərdən əlləri üzülən erməni yığnağı ötən il üz tutdu Nensi “nənəyə”. Dedilər bir ayağın burdadır, bir ayağın o tərəfdə. Bəlkə bu son anlarında bir də yerindən tərpənəsən, ən azından gündəm olarsan, biz də bundan faydalanarıq. Beləliklə yaşlı qadını çəkib gətirdilər Ermənistana. Nensi “nənə” də nə etsin. Gözü doymur da, həyat da, vəzifə də şirindir axı. Oradakı erməni seçicilərindən səs qoparmaq qarşılığında sentyabrın 17-də İrəvana səfərə gəldi və saxta erməni kompleksini ziyarət etdi. Həm sə necə, xeyli göz yaşı axıtdı. Lakin bu göz yaşlarının hansı səbəblərdən axdığını bir özü, bir də Allahı bilir. Çünki orada ağlamalı bir şey yox idi. Ağladınmı, deməli, Allahını erməni tarixini bildiyin kimi tanıyırsan.

Nə isə, Nensi ağladı, bu da ermənilərin ürəyincə oldu. Düzdür, bu göz yaşları ilə dünyaya yenə də saxta bir gündəm sırımalı oldular. Lakin çox təəssüf ki, dünyanın yarıdan çoxu saxtalığın da, həqiqətin də artıq kimin tərəfində olduğunu yaxşı bilməkdədir. Bütün bunlar 10 noyabr Bəyannaməsindəki öhdəliklərdən boyunqaçırmaya xidmət etsə də, lakin Nensi “nənə” həqiqətən də əsl siyasətçi olsaydı, İrəvanda üzərində dayandığı torpağın kimə məxsus olduğunu araşdırıb, sonra o torpaq üzərinə göz yaşı tökərdi. Araşdırsaydı, bilərdi və görərdi ki, İrəvan qədim Azərbaycan torpağıdır. Ermənilər bu torpaqlara sığınıblar. Sığındıqca da, “ qoy özünə yer edim, gör sənə edim” misalı yerlərini genişləndirmək arzusu ilə yaşayıblar və buna zamanla nail olublar. Bizdən bir-bir qəzadan, rayondan, şəhərdən, kənddən alaraq özlərinə Ermənistan yaradıblar. 44 gündə sonradan işğal etdikləri torpaqları geri aldıq, lakin hələ də erməni işğalı altında olan qədim ərazilərimiz var. Hansı ki, o torpaqlar vaxtilə onlara pay, hədiyyə verilib.

Görünür, çıxış yolunu qadınlarda görən yığnaq Nensi “nənənin” gəlişindən və bu gəlişin nəticəsindən razı qalmayıb. Yeni bir qadına üz tutub. Düşünüb ki, Nensi yaşlı idi, bu dəfə ondan bir az cavan bacılarından biirnə üz tutsun. Bu da olub fransız spiker Yael Braun-Pive. Görün bu bacılarına nə deyiblər ki, bacının Milad bayramı zamanı canına qor dolub. Bilməyib ki, bayram haradan gəlib, haraya gedib. Özünün mətbuata açıqlamasından: “Milad bayramı zamanı fikrim ermənilərə yönəlib, onlara ümid və sülh arzulayıram. Fransa Milli Assambleyasının dəstəyini bir daha ifadə etmək üçün gələn həftə Ermənistana gələcəm”.

“Hörmətli” Yael Braun-Pive, gəlməyinə gəl, görünür, səndən əl çəkməyən çox olub. Gəl, özün bilərsən. Lakin Miladda çox nahaq fikrin qalıb ermənilərin yanında, çox nahaq. Çünki regionda hazırda sülh şəraiti hökm sürür, sənə hansı məlumatın verilməsinə baxmayaraq. Qaldı ermənilərə ümid arzulamağına, məncə ta ümiddən keçib. Sən olara ağıllı bir seçim arzulasaydın, bu “miskin” xalqı daha çox düşünmüş olardın. Səninkimilər Ermənistanda yaşayan insanların düşmənisiniz, bilirsənmi? Ümid verməklə, göz yaşı tökməklə, fikirlərini çəkməklə iş bitmir.

Gəl, sən də gəl, get Xankəndinə. O ürəyinin qubarına çevrilən bacılarınla görüş. Lakin Allahın varsa, bu dəfə o insanların istəyindən danış, bir qrup yığnağın yox.

Bir də, Xankəndinə yolun düşsə, yanındakıları and ver inandığınız nədir ona, sənə desinlər, o torpaq kimə məxsusdur. Bunu çox gözəl bilsəniz də, bir daha xatırlamağınız məncə Fransadan durub o qədər yol qət edib Ermənistana gəlməyinizin əsassız olduğunu bəlkə anladar yenidən.

Bəli, nənə gedir, bacı gəlir... Qoy gəlsinlər görək, kişilərin görə bilmədiyi işləri bu nənələr və bacılar görə biləcəkmi?..

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə