Dad qanmaz əlindən. Məncə, el arasında özünü səfeh yerinə qoyan, özünü kütbeyin, gerizəkalı kimi təqdim edənlər haqqında belə deyirlər. Deyənlər haqlıdırlar, çünki o kəs ki, gördüklərindən, eşitdiklərindən, şahidi olduğu hadisələrdən nəticə çıxara bilmir, yaxud bunu görməzdən gəlir, bəli, “dad qanmaz əlindən” deməkdən başqa yolumuz qalmır.

Uzağa getməyək, ermənilər barədədir dediklərimiz, uzun illər, düz 30 il torpaqlarımızda “at oynatdılar”, işğal etdikləri ərazilərimizdə vandallıq etdilər, dədələrinin malı imiş kimi kəndlərdə şəhərlərdə pula gedən nə var idisə söküb-satdılar, azərbaycanlıların illər uzunu dişi və dırnağı ilə yığdığı var-dövlətini, evini-eşiyini dədələrinin malı kimi satıb-sovdular. Harayımız-həşirimiz göyə dirənsə də yerdə bir Allahın qulu bu vandalizmə dur demədi, erməniləri qınamadı. Bu gün isə çərxi-fələk dönüb, haqq gəlib, batil zahir olub. Ermənilərin kükrünə birə düşüb, törətdikləri vəhşiliklərin hesabının sorulacağı gün getdikcə yaxınlaşır. Müharibədə burunları ovuldu, torpaqlarımızdan qovuldular, amma hələ də etdikləri cinayətlərə, xalqımıza, dövlətimizə vurduqları ziyana, zərərə, dağıntılara görə ödəyəcəkləri hesabdan danışırıq.

Amma Ermənistan və erməniləri bu hesab barədə düşünmək əvəzinə yenə yanlış yol seçiblər. Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan deyib ki, Ermənistan öz maraqlarını təmin etmək üçün bütün mövcud hüquqi imkanlardan istifadə etməlidir. Onun sözlərinə görə, Ermənistan mövcud imkanlar arsenalından düzgün istifadə etmir və Bakı bundan istifadə edir: “Bu gün Azərbaycan təzminat elan edərkən öz qələbəsi ilə öyünür. Yəni orta əsr terminlərindən istifadə edir. Müasir dünyada töhfələr ləğv edilib, beynəlxalq hüquq bunu qadağan edir”.

Keçmiş nazir deyib ki, əgər bu cür proseslər dövlət tərəfindən əlaqələndirilsə, peşəkarların potensialından maksimum istifadə edilsə, yalnız bu, Azərbaycanı susmağa məcbur edə bilər. O, əmin olduğunu bildirib ki, “başlanmış hüquqi proseslər Ermənistan tərəfi tərəfindən təkcə Azərbaycana qarşı deyil, həm də təcavüzün birbaşa iştirakçısı olmuş Türkiyəyə qarşı yönəlməlidir. Ermənistan beynəlxalq məhkəmədə yalnız Azərbaycana qarşı iddia qaldırır. Türkiyə haqqında isə bir kəlmə də yoxdur”.

Danielyan etiraf edib ki, Türkiyə məsələsində müəyyən çətinliklər ola bilər, çünki “beynəlxalq ədalət və siyasətin bir-biri ilə əlaqəli olduğu” ümumi anlayış var. Buna baxmayaraq, bütün hüquqi imkanlardan istifadə edilməlidir. Artıq bu gün erməni tərəfinin beynəlxalq hüquqi strukturlarda onlara kompensasiya ödənilməsini tələb edən məcburi köçkünlərin maraqlarını necə təmsil edəcəyi barədə düşünmək lazımdır. Unutmamalıyıq ki, bu insanlar təkcə Azərbaycanın deyil, Türkiyənin də başlatdığı zorakılıq və müharibə nəticəsində öz yurd-yuvasından didərgin düşüb.

Bəli, ermənilər 1991-ci ildən 2020-ci ilə qədər beyinlərində, yaddaşlarında nə yazılıbsa onu sanki silib atıblar. Bu gün Azərbaycandan təzminat tələb edirlər, ölkəmizi beynəlxalq məhkəmələrlə hədələyirlər. Səbəb də bunu göstərirlər ki, guya Azərbaycan “Artsak” adlı qondarma “erməni dövləti”nin ərazisini işğal edib, ermənilərin malını-mülkünü ələ keçiriblər. Sual olunur, kim kimin yurdunu, ərazisini işğal edib, kim kimin evini, mülkünü ələ keçirib? Nə qədər qanmaz olasan ki, bir xalqın başına gətirdiklərini unudasan, işğalı və onun nəticələrini gözdən uzaq tutasan? Bunun üçün sadəcə, yaramazın təki olmalısan. Danielyan sıradan bir erməni deyil, keçmiş ədliyyə naziridir, hüquqşünasdır, beynəlxalq qanunları da çox yaxşı bilir. Elə adama od qoyan da budur, erməninin ağıllısı budursa, o biri dəlilərdən, qanmazlardan nə gözləyəsən? Ermənilər qalın kafalı olurlar, bəlli, amma bu qədər zehniyyət cəhətdən geridə qalmaları ilə hara qədər gedəcəkləri qeyri-müəyyəndir. Belə olan halda müəllifi olduqları cinayətləri də onlara sübut etmək də çətinləşir.

Ermənistandakı belə “ekspertlər”I susdurmağın yeganə yolu beynəlxalq məhkəməyə müraciət etməkdir. İlan ulduq görməyincə ölməz, deyib babalar. Ermənistan silahlı qüvvələrinin işğalından sonra ermənilərin Azərbaycan torpaqlarında törətdikləri barədə faktlar artıq toplanılıb və tez bir zamanda təzminat üçün məhkəməyə müraciət ediləcək. Ermənilər də məhşər gününün yaxınlaşdığını hiss edirlər. Ona görə də, bizi qabaqlamağa çalışırlar.

Bu yerdə molladan da bir misal gətirsək, tam yerinə düşər. Deyir qonşusu mollanın yanına gəlir ki, ay molla, qonşu kəndə toya gedirəm, arvad bir az plov dəmləyib, onu da aparmalıyam. Bizim qazanın altı deşilib, sənin qazanını ver, toydan gələn kimi qazanı qaytararam. Molla da qonşusuna inanır və qazanı ona verir. Qonşu deyir, ay molla, çuxam sökük-yamaqlıdır, çuxanı da ver, qayıdan kimi gətirib verərəm. Molla onu da verir. Qonşu əl çəkmir, deyir molla, atını da ver ki, qazanı onun üstünə qoyub gətirim. Mollanın bir qab aş arzusu onu fırıldaqçı qonşunun toruna salır. Bir gün keçir, qonşudan xəbər yox, iki gün keçir, yenə yox. Molla dözə bilmir, gedir qonşudan verdiklərini almağa, qonşu hər şeyi danır. Belə olanda molla qazıya şikayət edir. Tərəflər üzbəüz oturur, qazı mollaya danışmağa izn verir. Molla qazandan başlayanda qonşusu qayıdır ki, ay molla bəlkə deyəsən elə əynindəki çuxa da sənindir? Molla tələsik: “Əlbəttə mənimdir”, deyir. Yox bir, bəlkə atım da sənindir. Molla qayıdır ki, əlbəttə, at da mənimdir da. Qazı elə başa düşür ki, molla qonşusuna şər atır və qərarı fırıldaqçının xeyrinə çıxarır.

Qorxuram biz də mollanın gününə düşək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə