Kabildə hücumlar nəticəsində 50 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabil yaxınlığında ABŞ qoşunlarına məxsus Baqram hava bazasına bomba hücumunda 50 nəfər yaralanıb. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Baqram vilayətnin qubernatoru Əbdül Şükrü Kuddusi açıqlamada bildirib ki, təcəvüzkarların Baqram hava bazası yaxınlığındakı tibb mərkəzini bomba yüklü vasitələrə hədəf aldığını söyləyib.

Qeyd edək ki, Əbdül Şükrü Kuddusi partlayışın bölgədəki bir çox evə zərər verdiyini və partlayışdan sonra bölgədə silah səslərinin eşidildiyini söyləyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə