ABŞ-da təyyarə qəza enişi edib: 7 nəfər xəsarət alıb

"Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, Oklend (Kaliforniya) - Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub.

Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var.

Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olub.

Təyyarədə tüstülənmənin baş verməsi səbəbi hələlik müəyyən edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...