Pakistandakı partlayışda "Taliban" liderinin qardaşı həlak olub

“Taliban” hərəkatının lideri Maulavi Haybatulla Axundzadənin qardaşı bu gün Pakistanın Kvetta şəhərində baş verən partlayışda ölüb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, M. H.Axundzadənin qardaşı Hafiz Əhməd Pakistanın Kasım Abad kəndində baş verən partlayışda ölüb.

Qeyd edək ki, bu gün Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb. Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...