Əfqanıstanda atışma olub 8 polis ölüb, 16-sı yaralanıb

Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Gülran rayonunun mərkəzinə "Taliban" qruplaşması üzvlərinin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı ölüb, 16-sı yaralanıb. SİA-nın verdiyi məlumata görə, bunu Gülran Rayon Polis İdarəsinin mətbuat katibi Abdul Əhəd Vəlizadə bildirib. Onun sözlərinə görə, "Taliban" silahlıları Heratın mərkəzini ələ keçirməyə çalışıb. Atışma iyunun 25-dən 26-sı səhərədək davam edib.

Terrorçuların niyyəti baş tutmayıb. Abdul Əhəd Vəlizadə bildirib ki, yaralananlar arasında Gülran Rayon Polis İdarəsinin rəisi də var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...