Bolqarıstan Avropa İttifaqında ÜDM artımına görə beşinci yerdədir

Avropanın Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstan 28 Avropa İttifaqı ölkəsi arasında ümumi daxili məhsulun (ÜDM) artımına görə beşinci yerdədir.

SİA xəbər verir ki, cari ilin birinci yarısında Bolqarıstanda ÜDM keçən illə müqayisədə 1,2 % artıb. Birinci yeri 1,8 %-lə Xorvatiya, ikinci yeri 1,5 %-lə Macarıstan və Polşa, üçüncü yeri isə 1,3 %-lə Rumıniya tutub.

Ümumilikdə isə Avropa İttifaqı ölkələrində ÜDM 0,5 faizdən 1,5 faizə qədər artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...