Liviyada son dövrlərdə paytaxt Tripoli ətrafında gedən döyşlərdə 254 nəfər həlak olub, 1228 nəfər isə yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bu ölkədə fəaliyyət göstərən nümayəndəliyinin Twitter səhəfəsində bildirilib.

Daha əvvəlki məlumatda 227 nəfərin qətlə yetirilməsi, 1066 nəfərin yaralanması xəbəri verilmişdi.

Qeyd edək ki, Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xaftar aprelin 4-də öz qvvələrinə “Tripoliyə hücum” əmrini verib. Xaftar ordusu Liviyanın paytaxtından cənubda yerləşən Qaryan və Surman şəhərlərində hakimiyyəti ələ keçirib.

Həmçinin bildirək ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Ölkənin şərqində xalq parlamenti, qərbində və mərkəzdə isə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə