Suriyada 35 İŞİD üzvü öldürüldü

Haşdi-Şabi terror qruplaşması Suriyada İŞİD-i vurub. Axar.az xəbər verir ki, bu barədə Haşdi-Şabi komandiri Qasım Muslih məlumat yayıb. O, əməliyyatın Suriyanın Suse bölgəsində həyata keçirildiyini, hücum nəticəsində 35 İŞİD üzvünün öldürüldüyünü bildirib.

Muslih Suriyada sərhəd bölgələrinin təhlükəsizliyinə nəzarət etdiklərini və İŞİD-in bölgədəki bütün hərəkətlərini izlədiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə