Ukraynalı nazirin əmlakına həbs qoyulub

Kiyevin Solomenskiy rayon Məhkəməsi Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın əmlakına həbs qoyub. Bu barədə məhkəmənin mətbuat katibi məlumat yayıb.

Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu sentyabrın 13-də Omelyanın qanunsuz zənginləşməsi barədə məlumat yayıb. Nazir isə bəyanatında ona qarşı irəli sürülən ittihamı təkzib edib və buna görə istefaya getməyəcəyini açıqlayıb.

Məhkəmə 5 milyon qriven girovla V.Omelyanın barəsində həbs qətimkan tədbirini dəyişdirib. Lakin ondan ölkəni tərk etməməsi tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə