Paraqvay da səfirliyini Qüdsə köçürüb

Paraqvay Təl-Əvivdəki səfirliyini Yerusəlimə köçürüb. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Səfirliyin Yerusəlimdəki ofisinin açılışına Paraqvay prezidenti Qoratsiyo Kartes və İsrail baş naziri Binyamin Netanyahu iştirak edib.

Qeyd edək ki, ABŞ və Qvatemaladan sonra Paraqvay üçüncü ölkədir. İsrail baş naziri Binyamin Netanyahu bütün ölkələri səfirliklərini Yerusəlimə köçürməyə çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə