Keçmiş prezidentin oğlu həbs olundu

Bu gün Misir məhkəməsi ölkənin sabiq prezident Məhəmməd Mürsinin oğlunu silah saxladığına görə 3 il müddətində həbs edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, keçmiş prezidentin oğlu ötən ilin dekabr ayında da polis tərəfindən nəzarətə götürülmüşdü. O 2013-ci ildə islamçıların devrilməsində iştirak edən şəxs kimi də ittiham oluna bilər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2013-cü ildə Misir inqilabı baş verib. Eilən aksiya və etirazlar nəticəsində yüzlərlə Misirli öldürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə