Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Venslə birlikdə lisenziya olmadan balıq tutduqlarını etiraf edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir bu barədə ekoloji nəzarət orqanına məlumat verdiyini açıqlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, unutqanlıq səbəbindən baş verib.
Qeyd edək ki, İngiltərə və Uelsdə yaşı 13-dən çox olan hər kəsin şirin suda, məsələn, sazan balığı tutması üçün lisenziya tələb olunur. Lisenziyasız balıq tutmaq 2 min 500 funt sterlinqədək cərimə ilə nəticələnə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə