...Vladimir Putinin Novqorod vilayətindəki Valdaydakı iqamətgahının ətrafında 12 hava hücumundan müdafiə sistemi quraşdırılıb.
“Azadlıq” radiosunun jurnalisti Mark Krutov və OSINT tədqiqatçısı Jembob peyk məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.
SİA-nın məlumatına görə, avqustun 12-də Jembob, Valdayda yeni hava hücumundan müdafiə mövqelərinin göründüyü Yandex.Maps peyk şəkillərinə diqqət çəkib.
Krutov bu məlumatları yoxlayıb və aşkar edilmiş sistemləri, o cümlədən Pantsir-S1 və S-400 hava hücumundan müdafiə sistemlərini göstərən interaktiv xəritə yaradıb.
...Məlum olduğu kimi, oğulları və anası Alina Kabayevanın kifayət qədər çox vaxt keçirdikləri Valdayda (yaşıl simvol) iqamətgahını örtmək üçün Putinə neçə hava hücumundan müdafiə qülləsi lazımdır? Jembobun yeni məlumatlarına görə, hazırda onlardan 12-si var.
Bunu Krutov yazıb.
...“Azadlıq” radiosunun rus xidməti qeyd edir ki, Putinin iqamətgahı ətrafında pantsirləri olan 12 qüllə, açıq məlumatlara görə, 2022-ci ildən Moskvanı və Moskva vilayətini qoruyan bütün hava hücumundan müdafiə sisteminin beşdə birini təşkil edir.
Paytaxt konqlomeratının əhalisi 20 milyon nəfərdən çoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə