Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Türkiyə Respublikasına rəsmi səfəri iki qonşu xalq arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Bu səfər həm də Gürcüstan Prezidentinin Türkiyəyə ilk səfəri olması baxımından əlamətdardır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia ölkə Prezidentinin səfərini şərh edərkən söyləyib.
“Türkiyə Gürcüstan üçün mühüm strateji tərəfdaşdır. Ölkələrimizi təhlükəsizlik, iqtisadi, sosial və s. kimi bütün sahələrdə sıx əməkdaşlıq bağlayır”, - deyə Laşa Darsaliya vurğulayıb.
Onun sözlərinə görə, M.Kavelaşvilinin səfəri zamanı ikitərəfli əməkdaşlığın mühüm sahələrinin geniş spektrini əhatə edən vacib məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə