Türkiyə ilə Suriya arasında müdafiə sahəsində əməkdaşlıq razılaşdırılıb

Türkiyə ilə Suriya arasında müdafiə sahəsində əməkdaşlıq razılaşdırılıb

Türkiyə və Suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər.

SİA-nın məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, müvafiq Anlaşma Memorandumu çərşənbə günü, avqustun 13-də Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülerin və Suriyanın müdafiə naziri Murhaf Əbu Kasranın iştirak etdiyi mərasimdə imzalanıb.

Suriya Müdafiə Nazirliyinin rəhbəri xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əl-Selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ankaradadır.

Görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə