Avqustun 13-də Türkiyənin cənubundakı Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
SİA Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatlarına istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb.
Yeraltı təkanların episentri Kadirli rayonu, ocağı isə 5,12 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Osmaniyə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən ən çox zərər çəkən 11 Türkiyə vilayəti arasındadır. Faciə bu vilayətin minə qədər sakininin həyatına son qoyub, Türkiyədə zəlzələ qurbanlarının ümumi sayı isə 53 min nəfəri keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə