İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan iki qayıq batıb.
SİA xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə ümumilikdə 61 nəfər xilas edilib, həmçinin sudan 26 cəsəd çıxarılıb. İtkin düşənlərin axtarışları davam edir.
Sağ qalanların sözlərinə görə, iki qayıqda ümumilikdə 90-100 miqrant olub. Mühacirlərin Liviyanın Tripoli şəhərindən yola düşdüyü və Pakistan, Sudan, Somali vətəndaşları olduqları bildirilib.
İtaliyanın Baş naziri Ciorcia Meloni deyib: “Bugünkü faciənin baş verməsi bizi xəbərdar edir ki, lazımi xilasetmə müdaxiləsi kifayət deyil və hər şeydən əvvəl dramatik problemin səbəblərini həll etmir”.
Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək Aralıq dənizində 675 miqrant ölüb və ya itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə