Ərdoğan: "Hamı bilsin ki, biz heç kimin oyuncağı deyilik"

"Hamı bilsin ki, biz heç kimin oyuncağı deyilik." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz kimlərinsə kefinə görə hərəkət edən qapı qulu olmayacağıq. Türkiyəni təhdidlərlə təsir altına alacaqlarını düşünənlər cahildirlər. Onlar tezliklə başa düşəcəklər ki, sanksiyalarla bizi diz çökdürə bilməzlər. Bu cür ucuz oyunlara imkan verməyəcəyik”, - Ərdoğan bildirib.

Türkiyə lideri həmçinin Avstriyada Türkiyəyə gəlmək istəyən insanların itlər vasitəsi ilə yoxlanılmasına sərt şəkildə etiraz edib və bunu “rəzalət” adlandırıb.

loading...