Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderinin baş müşaviri, millət vəkili Şaban Dişli istefa verib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ş. Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli 15 iyul hərbi çevriliş cəhdinin əsas iştirakçılarından biri olaraq həbs edilmişdi. Bu səbəbdən onun bu il avqustun 30-da partiyanın lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən müşavir təyin edilməsi birmənalı qarşılanmamışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə