“Qarabağ” mövsümdə ilk məğlubiyyətini aldı

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Ağdam klubunun ölkə çempionatındakı 2019/2020 mövsümündə ilk məğlubiyyəti olub.

Bu komandalar arasında ilk dövrədəki qarşılaşmada Qurban Qurbanovun komandası 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, turun digər görüşləri 23-24 noyabr tarixlərində oynanılacaq.

22 noyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:1
Qollar: Xayme Romero, 36 (0:1), Peyman Babayi, 65 (1:1), 68 (2:1)
Qırmızı vərəqə: İsmayıl İbrahimli, 69 ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

23 noyabr (şənbə)

15:00. “Səbail” – “Sabah”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
“ASCO Arena”

24 noyabr (bazar)

15:00. “Zirə” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Komleksinin stadionu

17:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Bakcell Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...