Sərxan Hacıyev beynəlxalq təyinat alıb

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.

SİA-nın məlumatına görə, milli assosiasiya rəsmisi UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, matç noyabrın 27-də Saloniki şəhərindəki Toumba stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...