Nazarovun oynadığı matçda komandası ağır məğlubiyyətə üzülüb

Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə "Hamburq"la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Nazarov matça ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 7 turdan sonra 11 xalı olan Aue təmsilçisi 18 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...