"Real" futbolçusu ilə müqavilə müddətini uzadıb

İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, madridlilər yarımmüdafiəçisi Toni Kroosla müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıblar.

29 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 40 oyuna 1 qol vurub, 6 qol ötürməsi verib.

Almaniya millisinin üzvü 2014-cü ildən "Real"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə