UEFA yığmamızın ilk qolunun müəllifini yenidən dəyişdirdi

UEFA Millətlər Liqasının 5-ci turunda yığmamızın Farer adalarına qalib gəldiyi oyunla (2:0) bağlı növbəti qərarını verib. SİA-nın məlumatına görə, komandamızın ilk qolunun müəllifi yenidən dəyişdirilib. Matçın 18-ci dəqiqəsində Farer adalarının qapısına vurulan qol yenidən Dmitri Nazarovun adına yazılıb.

Qeyd edək ki, oyunun gedişində UEFA-nın protokolunda qolu Nazarovun vuruduğu göstərilsə də, görüş bitdikdən sonra UEFA qolun müəllifini dəyişmişdi. Qurum bu qolu avtoqol kimi qeydə alaraq Raqnar Nattestadın passivinə yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...