Zlatko Daliç: "Dünyanın ikinci məşqçisi üçün 5 milyon azdır"

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç komandası ilə bağlı danışıb. SİA-nın məlumatına görə, baş məçqçi millinin yüksək səviyyədə oyun nümayiş etdirdiyini vurğulayıb: “Xorvatiya millisinin onlara futbol oynamağı öyrədəcək insana ehtiyacı yoxdur. Çünki futbolçular peşəkardırlar. Komandaya diqqətcil, futbolçularda inam yaratmağı bacaran insan lazımdır. Onlara demişdim ki, biz mütləq mundialda uğur əldə edəcəyik. Əvvəlcə mənə inanmasalar da, Nigeriya ilə oyundan sonra hər şey dəyışdi. Xorvatiya millisi ilə müqaviləm iki ildən sonra başa çatacaq. Amma ayrılmaq istəyirəm. Futboldan anlamayan insanların mənim taleyimlə oynamasına biganə qala bilmərəm. Asiya klubları mənə illik 5 milyon avro təklif edirlər. Bu məbləğ məni qane etmir. Dünyanın ikinci məşqçisi üçün 5 milyon azdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə