Xorvatiyalı idmançı dünya kubokunda birinci olub

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci günündə qadınlar arasında sərbəst hərəkətlər üzrə yarışda xorvatiyalı idmançı bütün rəqiblərini qabaqlayıb. SİA-nın məlumatına görə, Ana Derek 13.533 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kubokunun gümüş medalına yunanıstanlı İoanna Xoulogi (12.733 xal) sahib olub. Türkiyə gimnastı Demet Mutlu (12.566 xal) isə üçüncü yerə çıxıb.

Qeyd edək ki, sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən 4-cü pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə