Gimnastımız dünya kubokunda gümüş medal qazandı - FOTO

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda dayaqlı tullanma yarışlarında Azərbaycan idmançısı Marina Nekrasova gümüş medal qazanıb. SİA-nın məlumatına görə, hakimlər idmançımızın finalda icra etdiyi hərəkətlərə 14.216 xal veriblər.

Bu hərəkətlər üzrə yarışlarda qızıl medala 14.300 xalla özbəkistanlı Oksana Çusovitina, bürünc medala isə 13.833 xalla sloveniyalı Tjasa Kiselyov layiq görülüb.

Azərbaycanın digər idmançısı Yuliya İnşina isə 13.466 xalla 4-cü yerə qərarlaşıb.

Qeyd edək ki, müxtəlif hündürlüklü qollarda isə Mariya Smirnova və Marina Nekrasova finalda mübarizə aparırlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə