Jerar Deulofeu "Deportivo" ilə matça oynamayacaq

"Barselona"nın futbolçusu Jerar Deulofeu zədələnib. SİA-nın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi məşq zamanı dizindən zədə alıb. Onun bərpa müddətinin 7-10 gün davam edəcəyi bildirilir. Bu isə o deməkdir ki, J.Deulofeu "Deportivo" ilə matçda oynamayacaq.

Qeyd edək ki, "Barselona" - "Deportivo" görüşü sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə