"Neftçi" Azərbaycan kubokunun yarımfinalında!

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. SİA-nın məlumatına görə, bir qədər əvvəl başa çatan matçda “Neftçi” ilə “Zirə” qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan “Neftçi” 8-ci km qəsəbə stadionunda məğlubiyyətin əvəzini çıxıb.

"Ağ-qaralar" ilk hissədə vurduğu iki qolla yarımfinala adlayıb. Əvvəlcə Uqo Barqas hesabı açıb. O, 36-cı dəqiqədə Emin Mahmudovun ötürməsini bir toxunuşla qapıdan keçirib. Birinci hissənin sonunda isə (45+2) Mirabdulla Abbasov fərqi artırıb. İkinci yarıda sərfəli hesabı qoruyan Tərlan Əhmədovun yetirmələri qalibiyyəti əldən verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə