"Antalyaspor”un baş məşqçisi istefa verəcək

Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşacaq. SİA-nın məlumatına görə, bu dəfə “Antalyaspor”un baş məşqçisi Rıza Çalımba komandadan ayrılmaq qərarına gəlib. 54 yaşlı mütəxəssisin bu gün təşkil olunacaq mətbuat konfransında ayrılıq qərarını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Superliqada bu mövsüm 5 oyunun heç birində qələbə qazana bilməyən “Antalyaspor” turnir cədvəlində 3 xalla 16-cı pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə