Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak ediblər. İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb. Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və "Ağ At" şahmat klubunun müəllimləri nəzarət edib. Turnirin qalibləri Kanlı Alperen (1-ci yer), İzzət Quliyev (2-ci yer), İsmayıl Qurbanov (3-cü yer) olublar. Qaliblər sertifikat və medallarla təltif edilib. Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə