Rusiyalı jurnalist sərbəst buraxıldı

İran hökuməti saxlanılan rusiyalı jurnalisti Yuliya Yuziki sərbəst buraxmaq haqqında qərar verib və o Moskvaya uçub. SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın tehrandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Tehrandakı səfirliyinin birgə səyləri nəticəsində İran tərəfi Rusiya vətəndaşı Yulia Yuzikin sərbəst buraxılmasına qərar verib və o oktyabrın 10-u səhər tezdən aeroflot reysi ilə İrandan Moskvaya uçub.

Rusiyanın İrandakı səfirliyinin mətbuat katibi Andrey Ganenko Yuzikin özünü yaxşı hiss etdiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...