Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan biri vəfat edib

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan biri vəfat edib.

SİA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərilən Xatirə Ağamalıyevanın həyatını həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə