“Ural hava yolları” Azərbaycandan üzr istəyib

Rusiyanın “Ural hava yolları” aviaşirkəti bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib. SİA xəbər verir ki, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzr istəyib. Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, həmçinin jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.

Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, həmçinin işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan yerləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə