Meymun bulvarda insanlara hücum etdi - Ölən və xəsarət alanlar var

Hindistanın Badnavar şəhərində 9 gün ərzində vəhşi meymun insanlara hücum edib. SİA-nın məlumatına görə, hücumlar şəhər bulvarının mərkəzi hissəsində qeydə alınıb.

Hücum nəticəsində meymunun dişlədiyi 60 yaşlı kişi ölüb, daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra şəhərdə meriyaya qarşı etiraz aksiyası başlayıb. İnsanlar şəhər merindən təhlükəsizliyə cavabdeh olmağı tələb ediblər.

Polis meymunun neytrallaşdıraraq heyvanlar üçün sığınacağa yerləşdirilməsinə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə