Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası Lənkəranda xeyriyyə aksiyası keçirib

Lənkəran Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Mərkəzi Neftçilət Xəstəxanasının 20 nəfərlik həkim briqadası Lənkəran Mərkəzi Poliklinikasının binasında xeyriyyə aksiyası keçirib. SİA-nın məlumatına görə, aksiya zamanı şəhər və rayonun ayrı-ayrı yaşayış məntəqələrindən olan vətəndaşlar göz, uşaq xəstəlikləri, ümumi və uşaq cərrahiyyəsi, nevrologiya, ürək-damar xəstəlikləri, ginekologiya, travmatologiya, kardiocərrahiyyə və s. xəstəliklər üzrə pulsuz müayinədən keçməklə yanaşı, həmçinin yerindəcə müalicə ilə də təmin olunublar.

Təcrübəli həkimlər iki gün ərzində ümumilikdə 800-ə yaxın xəstəni müayinə edərək onlara lazımi məsləhətlər veriblər. Daha ağır xəstələrin müalicəsinin Bakı şəhərində davam etdirilməsi tövsiyə olunub.

Vətəndaşlar aksiyanı minnətdarlıqla qarşılayaraq, onun təşəbbüsçülərinə, eləcə də Mərkəzi Neftçilət Xəstəxanasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə