Ölkə üzrə 120 minə yaxın pulsuz ağac tingi paylanılıb - AKSİYA - FOTOLAR

Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanılması aksiyası bu dəfə bütün ölkə ərazisini əhatə edib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

İ.İbrahimova bildirib ki, bu gün Nazirlik tərəfindən keçirilən aksiya zamanı Gəncədə 2300, Sumqayıtda 2500, Şəkidə 3000, Şəmkirdə 2000, Tovuzda 2200, Qubada 2000, Şabranda 2300, Şirvanda 2200, Bərdədə 2000, Cəlilabadda 2200, Türkanda 2000 və Binədə 2500 ağac tingi paylanılıb: "“Bir şagird bir ağac əksin və qorusun” devizi ilə orta məktəblərdə keçirilən aksiyada isə məktəblərə 80 min ting verilib. Ağac əkilməsinin təşviqi məqsədilə 9, 12 və 17 noyabr 2018-ci il tarixlərində keçirilən aksiyalarda respublika üzrə ümumilikdə 120 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb. İnanırıq ki, paylanılan ağacları vətəndaşlar və məktəblilər əkəcək, onlara qulluq edəcək və qoruyacaqlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa, ağac əkməyə, ona qulluq etməyə və qorumağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...