Vasif Talıbov fransız arxeoloqu təltif edib

Fransız arxeoloq Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib. "Report"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb. Fransız arxeoloq Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...