Lənkəranda qanvermə aksiyası keçirilir

Aşura günü ilə bağlı sentyabrın 19-da Lənkəranda könüllü qanvermə aksiyasına start verilib. SİA-nın məlumatına görə, aksiya Qafqaz Müsəlmanları İdarəsinin və Mərkəzi Qan Bankının Lənkəran bölməsinin dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə şəhərin Böyük bazar məscidində keçirilir. Səhər saatlarından başlayan aksiyada məqsəd hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir.

Yerli tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı götürülən qanlar standartlara uyğun yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyası sabah da davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə