Bayram namazı nə vaxt qılınacaq?

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. SİA xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazaə isə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...